Azərbaycan Pedoqoji Universitetində dələduzluq - Cinayət işi açıldı

img

11-01-2015 [12:38]


Bakıda baş vermiş dələduzluq faktı ilə bağlı cinayət işi açılıb. 

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, keçən il iyulun 2-də Şəmkir rayon sakini, Azərbaycan Pedoqoji Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Məmmədov Nahid Namaz oğlu dövlət imtahanından keçmək üçün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vəliyev Vüqar Zülfi oğluna müraciət edib. 

V.Vəliyev N.Məmmədovu dövlət imtahanından keçirəcəyinə söz verib və N.Məmmədovdan Bülbül prospekti 9 ünvanının qarşısında 2500 manat pul alıb. Lakin tələbə yenə də dövlət imtahanından keçə bilməyib. Üstəlik o, V.Vəliyevə verdiyi pulu geri ala bilməyib.

 Bu günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə iş başlanılıb. Zəruri istintaq hərəkətləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA