Qusarda 21 yaşlı gəlin qoşulub qaçdı - "Səni "kruq"da gözləyirəm"

img

13-01-2015 [11:29]


Qusarın Hiloba kəndində 21 yaşlı gəlin itkin düşüb.

 

Hadisə yanvarın 1-dən 2-ə keçən gecə baş verib. Belə ki, Güləsər Malik qızı Səlimova həmin gün öz mobil nömrəsini ərinin telefonuna salaraq danışıb. Daha sonra nömrəsini bu telefondan çıxarıb. Bu tarixdən sonra o yoxa çıxıb. 

 

Həyat yoldaşı telefonunu açanda naməlum nömrədən mesaj gəldiyini görüb. Mesajda isə "səni Çoban qəsəbəsinin kruqunda gözləyirəm" yazılıb. 
 

Qeyd edək ki, Qusar rayonunda Çoban yaşayış qəsəbəsidir. İtkin düşən gəlinin qoşulub qaçdığı və ya qaçırıldığı hələ məlum deyil.
 

Ailəsi hadisə haqqında Qusar Polis şöbəsinə məlumat verib. Faktla bağlı araşdırma aparılır.(anspress.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA