Azərbaycanlı gənc 16 yaşlı oğlanı zorladı

img

09-01-2015 [20:06]


Rusiyanın Volqoqrad şəhərində 16 yaşlı oğlan azərbaycanlı tərəfindən zorlanıb.

Mia.az ans press-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, 16 yaşlı yeniyetmə evə gedərkən yolda onun qarşısını 3 nəfər kəsib. Onlar sərxoş olublar. Yeniyetməni vəhşicəsinə döydükdən sonra 3 nəfərdən ikisi hadisə yerindən qaçıb. 24 yaşlı Azərbaycan əsilli Rusiya vətəndaşı isə döyülən yeniyetməni sürüyərək binanın blokuna gətirib və onu zorlayıb.

Volqoqrad polisi artıq azərbaycanlını saxlayıb. Onun barəsində cinayət işi açılıb. Yeniyetməni döyən digər 2 nəfər də saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA