Anasını və atalığını bacılarının gözü önündə öldürdü

img

09-01-2015 [13:54]


Rusiyanın Amur vilayətində 19 yaşlı gənc anasını və atalığını öldürüb. Lent.az-ın məlumatına görə, qətl törədilməmişdən əvvəl ailədə kəskin mübahisə yaranıb. Mübahisəyə səbəb kimi isə gəncin işləmək həvəsinin olmaması göstərilir.
Ailədəki münaqişədən bezən oğlan gecə evdən çıxıb və səhər geri qayıdanda mübahisənin davam etdiyini görüb. Artıq əsəblərinə hakim ola bilməyən gənc bıçağa əl atıb, 1969-cu il təvəllüdlü atalığını və 1975-ci ildə anadan olmuş anasını bıçaqlayıb. Hadisə baş verən zaman onun azyaşlı bacıları da otaqda olub.
Qətli törədən şəxs hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən həmin gün saxlanılıb. Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs daha əvvəllər oğurluq maddəsi ilə həbs olunubmuş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA