Putini kim devirəcək? - Soros məqalə yazdı

img

09-01-2015 [14:52]


Rusiyanın yeni prezidenti "Rosneft”in rəhbəri İqor Seçin ola bilər.

Bu sözləri ABŞ-lı milyarder Corc Soros "Nyu York kitablarının icmalı” (The New York Review of Books) adlı məqaləsində yazıb.

Soros məqaləsində Avropanın təhlükədə olduğunu, bunun da Rusiyadan qaynaqlandığını vurğulayıb. Təhlükənin qarşısının alınması üçün Ukraynada islahatların qaçılmaz olduğunu da qeyd edib.

Rusiyanın Qərblə probleminin əvvəldən yarandığını yazan Soros Ukraynanın radikal islahatlar aparmasının vacibliyinə diqqət çəkib. Soros Putinin devriləcəyi halda yeni prezidentin də kim olacağı barədə suallara aydınlıq gətirib. Yeni prezidentin Putin kimi güzəştə getməyən biri, güman ki, "Rosneft”in rəhbəri millətçi İqor Seçinin ola biləcəyini deyib.

Soros Rusiyaya təzyiqləri artırmağın tərəfdarı olduğuna da toxunub:

"Əgər Avropa islahatların keçirilməsində Ukraynaya kömək edəcəksə, Putin Qərb liderlərini Rusiyanın problemlərinin yaranmasında ittiham edə bilməyəcək. Bu halda Rusiya daxilində çaxnaşmalar yaranacaq və Putin hakimiyyəti itirəcək. Ehtimal var ki, yeni vəzifəyə onun varisi olan islahatçı biri gələcək. Hər halda, Putin artıq Avropa üçün potensial təhlükə olmayacaq”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA