İŞİD-də ağır zərbə vuruldu

img

27-12-2014 [18:32]


ABŞ və koalisiya qüvvələri tərəfindən Kərkükün Havicə mahalında təşkil edilən hava hücumları nəticəsində 86 İŞİD terrorçusu məhv edilib.
 
İraq rəsmilərinin verdiyi məlumata görə, koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri terrorçuların möhkəmləndiyi obyektləri dəqiq hədəfə ala bilib.
 
Verilən məlumatda bildirilir ki, son 12 saat ərzində reallaşan bombardman nəticəsində ərazidə çoxlu sayda yaşayış məskənləri darmadağın edilib.
 
Bu arada Sengal vilayətində peşmərgə qüvvələri də uğurlu əməliyyat keçirib. Terrorçulara qəfil hücum edən kürd birləşmələri 15 terrorçunu öldürərək 40 nəfəri isə əsir alıb(Axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA