3 yaşlı qızı bağçadan qaçırıb zorladılar

img

06-01-2015 [17:44]


Türkiyənin Qaziantep vilayətində 3 yaşlı qızı zorlayıblar.

Hadisə ötən gün axşam saatlarında baş verib. Hadisə qatarda baş verib. Suriyalı bir kişi qatarda balaca qız uşağını yaralı halda tapıb. Dərhal polisə xəbər verib. Hadisə yerə gələn polis əməkdaşları qızı xəstəxanaya aparıblar. Müayinə zamanı qızcığazın zorlandığı və döyüldüyü müəyyən olunub. Üstəlik onun bədənində şüşə ilə kəsilmiş izlərinin olduğu məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, uşaq bir neçə saat əvvəl yoxa çıxıbmış. Ailəsi itkin düşən İ.K.-nı axtarışa veribmiş. Həkimlər qıza ilkin tibbi yardım göstəriblər. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Polis qızın valideynlərinə xəbər verib. Qızlarının zorlanması barədə məlumat alan ata və ana gözyaşlarını saxlaya bilməyiblər.

Polis axtarışlara başlayıb. Araşdırmalar zamanı məktəbin müşahidə kamerasına baxış keçirilib. Görüntülərdə məlum olub ki, uşağı bağçanın qarşısından 18-20 yaşlarında bir şəxs tərəfindən aparıldığı müəyyən edilib. Polis həmin şəxsin kimliyini araşdırır.

Fakta bağlı araşdırmalar davam edir(ANSPRESS).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA