AMAY rəhbərinin işi məhkəməyə göndərildi

img

05-01-2015 [12:01]


AMAY-ın rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.


Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, ittiham aktı vəkillərə və təqsirləndirilən şəxslərə təqdim edilib. Ə.Bağırov cinayət işinin baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini deyib.

Məhkəmədən isə cinayət işinin yaxın günlərdə icraata veriləcəyini bildiriblər.


Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA