Sərxoş kişi azərbaycanlı hamilə qadını güllələdi - RUSİYADA

img

05-01-2015 [12:01]


Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporasının fəallarından olan Rasim Quliyevin həyat yoldaşı öldürülüb. 

Vesti.az-;n məlumatına görə, bu barədə "Azerros"un yerli şöbəsinin rəhbəri Vidadi Abbasov bildirib. Onun sözlərinə əsasən, hadisə yanvarın 3-də, Kanavin rayonunda baş verib: "Quliyevlərin yaşadığı binanın birinci mərtəbəsində qalan qonşusu yuxarıda yaşayanla uşaqların səs-küy etməsindən xoşu gəlməyib. Rasimin. hamilə olan həyat yoldaşı ilə mübahisə edən sərxoş və işsiz qonşu evindəki seyfdə saxladığı ov tüfəngini götürüb təkrar yuxarı qalxıb və Quliyevlərin yaşadığı mənzilin qapısına atəş açıb. Həmin vaxt qapının arxasında olan hamilə qadın aldığı güllə yarasından hadisə yerindəcə keçinib".
V. Abbasov qadının hamiləliyinin sonuncu ayında olduğunu deyib. O, bu ay körpəsinin dünyaya gətirəcəkmiş.

Polis hazırda 49 yaşlı kişini saxlayıb. Hamilə qadını amansızlıqla qətlə yetirdiyinə görə, onu ömürlük həbs gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA