Lənkəranda yol polislərini "ələ alan" xuliqanların şousu - VİDEO

img

05-01-2015 [17:31]



Bəlkə də Bakıdan sonra "avtoş"ların meydan suladığı ikinci şəhər Lənkərandır. 

Mia.az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, burada deyəsən elə bir toy karvanı yoxdur ki, orada "avtoş" sürücülər hoqqabazlıq etməsinlər.

Maraqlıdır ki, orada həmişə Dövlət Yol Polisinin əməkdaşları da olur. Lakin bəzən avtoxuliqanlar meydanı ələ keçirib. Onlar hoqqabazlıq edəndə yol polisləri gözə görünmür. İnsanların həyatını açıq-aşkar təhlükəyə atan bu sürücülərin cəzalanması mütləqdir.

Yol polisi də əhali arasında təbliğat işləri aparıb insanları bu cür əməllərdən çəkindirməlidir.

"Avtoş"ların şou göstərələrini əks etdirən videonu təqdim edirik. Konkret bu videoya gəlincə, sosial şəbəkədə nə vaxt yayıldığı məlum olmasa da, məlum olan budur ki, videonun üzərində "Elvir – 90 ET 733. Şəhriyarın toyu" yazılıb. Bu video köhnə olsa belə, Lənkəranda avtoxuliqanlarla bağlı artıq çoxsaylı videolardan biridir.

Görünür, Lənkəranda bu sahədə ciddi iş görülməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA