Mərkəzi Elmi Kitabxanaya köçürülmə davam edir

img

05-01-2015 [16:01]


Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında yerləşən köhnə kitabxanadan yeni Mərkəzi Elmi Kitabxanaya kitabların köçürülməsi işi davam edir. 

AMEA Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətinin rəhbəri Ruslan Kərimovun Mia.az-a verdiyi məlumata görə, kitabxananın işçi personalından ibarət qrup xüsusi nəzarət altında, təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparır:
"Digər bir qrup isə yeni binaya daşınmazdan əvvəl köhnəlmiş kitabların bərpa olunmasını təşkil edir. Kitabların yeni binaya aparılması prosesi onlara yeni inventar kodları və elektron çiplər vurularaq davam etdirilir.

Bu günədək köçürülən 143000-dən çox kitab inventarlaşdırılıb. Nadir kitablar fondundan köçürülmə artıq tamamlanıb. Ümumi fond, Şərq ədəbiyyatı fondu və  Mübadilə fondundan köçürülmə prosesi isə davam edir".




Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA