Azərbaycanda kişi 50 yaşlı arvadının boğazını kəsdi

img

04-01-2015 [17:22]


Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 4-də saat 15.00 radələrində rayonun Liman şəhərində qeydə alınıb.

Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.

Qadın ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda həkimlər qadını xilas etmək üçün lazımi tədbirlər görürlər.

Hadisəni törətmiş F. Həbibov könüllü polisə təslim olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA