“Oğru” dünyasının kralları İrəvana toplaşır – BÖYÜK “SXODKA”

img

06-01-2015 [12:49]


İrəvan yaxınlığında qanuni oğruların böyük "sxodka”sı (toplantı) başlayıb.

Publika.az "Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, oğrular əvvəlcə Moskvada toplaşmağa qərar veriblər. Lakin Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirildiyi üçün "sxodka”nın ünvanı dəyişdirilib və İrəvanda keçirilməsinə qərar verilib.

Bu toplantını tarixi adlandırmaq olar. Hətta qocaman oğrular da miqyasına görə belə bir "sxodka” xatırlamırlar.

Toplantıda 100-dən yuxarı "qanuni oğru” iştirak edir. 69 yaşlı "qanuni oğru” Borya Apakelanın "sxodka”da iştirakı bütün müzakirə olunan məsələlərin sülh yolu ilə həll olunacağına ümid verir.

İştirakçıların çoxu qafqazlı "oğrulardır”. Lakin bu dəfə xeyli slavyan mənşəli "vor zakon” da İrəvana təşrif buyurub.

Srağagün ilk olaraq təyyarə reysi ilə Şişkan və Şakro gəliblər. Sonradan Çeburaşka və Mirıç da özlərini "sammit”ə çatdırıblar.

Həmçinin "Ded Xasan” klanının ən nüfuzlu slavyan üzvləri Piçuqa və Voskresin də İrəvana gələcəkləri deyilir.

"Sxodka”da müzakirə ediləcək mövzular çoxdur. İlk olaraq Edik Asatryandan "qanuni oğru” adının alınmasını istəyənlərdənizahat tələb ediləcək. Həmçinin "bespredellə” məşğul olan qruplaşmalarla bağlı qərar veriləcək. Yığıncağın əsas səbəbkarı hazırda rus mafiyasının atası sayılan "Şakro” ləqəbli Zaxariy Kalaşovdur. Kalaşov azərbaycanlı "qanuni oğruların” və qruplaşmaların fəaliyyətindən narazı olduğunu gizlətmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA