Gömrükçülər külli miqdarda pirotexniki vasitələr aşkarladı

img

30-12-2014 [12:14]


Bayram günləri öncəsi mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlər artır və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axarverilən məlumata görə, Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən "Sədərək” Ticarət Mərkəzi ərazisində Nəzərov Məftun Adil oğluna məxsus "Ford Transit” markalı nəqliyyat vasitəsindən külli miqdarda, cəmi 378000 ədəd müxtəlif markalı pirotexniki vasitələr-petardalar aşkar olunaraq götürülmüşdür.

Xaçmaz Gömrük İdarəsi əməkdaşları tərəfindən isə külli miqdarda dərman preparatlarının ölkəyə gətiriliməsinin qarşısı alınıb. "Samur” Gömrük Postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn yük avtomobilindən Azərbaycan Respublikası vətəndaşı Yusifov Naib Əliastan oğlunun gömrük orqanına bəyan etmədiyi 31200 konvalyut dərman preparatları aşkar edilərək götürülmüşdür.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

- See more at: http://axar.az/news/39154#sthash.EqBg2D8r.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA