Tanınmış tele-aparıcı qəzaya düşdü

img

02-01-2015 [09:54]


ANS-də yayımlanan "Salam, Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova avtomobil qəzasına düşüb.

Publika.az-ın xəbərinə görə, teleaparıcı bu barədə Facebook sosial şəbəkəsindəki profilində yazıb. Teleaparıcı bildirib ki, bir piyadanın ucbatından üç avtomobil yararsız vəziyyətə düşüb:

"Zəncirvari qəzaya düşdük. Mənim avtomobilimlə yanaşı daha üç avtomobil yararsız vəziyyətdədir. Yüz metr aralıda keçid ola-ola, yolu düzgün yerdə keçməyən birinə görə bu boyda maddi ziyana düşdü hamı. O isə əlini cibinə qoyub getdi. Niyə bizdə piyada məsuliyyətə cəlb olunmur? Niyə o, maşınları düzəltdirməməlidir? Sonra vurub mitilini tullayanda da bütün nəsli düşür sürücünün üstünə. Qanunlarda boşluq doludur".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA