27-12-2014 [14:39]
Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, əməkdar artist Nəsibə Eldarova ilə anası Safura Eldarova arasında yaranmış gərginlik aktrisanın evi tərk etməsi ilə nəticələnib. Amma sən demə, bu gərginliyin arxasında daha dərin səbəblər varmış.
Mia.az aktrisanın Publika.az-a verdiyi maraqlı müsahibəni təqdim edir:
- Nəsibə xanım, ananızla aranızda nə baş verir?
- Bayaqdan o qədər zənglər gəlib ki, dəli olmuşam.
- Ananızla aranızda nə vaxtdan problem yaranıb?
- Bir yerdə yaşamağa başlayandan.
- Neçə ildir bir yerdə yaşayırsınız?
- Səkkiz ildir.
- Bəs o vaxta qədər ananız harada yaşayırdı?
- O, tək yaşayırdı.
- Sonra siz istədiniz ki, bir yerdə yaşayasınız?
- Yox, özü istədi. Dedi ki, gəl, bir yerdə yaşayaq.
- Ayrı yaşayanda ananızla probleminiz var idi?
- Heç vaxt yaxın münasibətimiz olmayıb. Həmişə ondan çəkinmişəm, qorxmuşam. Çünki hikkəli adam idi.
- Sizi döyürdü?
- Uşaqlıqda məni çox döyüb. İki dəfə qolumu çıxardıb.
- Mətbuata açıqlamanızda bildirmisiniz ki, oğlunuzun dünyasının dəyişməsinin səbəbkarı ananızdır. Yəni?
- Oğluma sakitlik, dəstək lazım idi. Ona dəstək olmalıydım. Amma evdə çox pis vəziyyət yaranmışdı. Uşağıma yemək verə bilmirdim.
- Niyə?
- İcazə vermirdi. Oğluma yemək verəndə deyinirdi ki, yetimçəni yedirdirsən, mənim hesabıma yeyib enlənirsiniz. Sakit yaşamağa imkan vermirdi, nalayiq sözlər işlədirdi. Sizə bir faktı deyim. Mən ilk dəfə ailə quranda da gəlib dava salırdı.
- Düşünürsünüz ki, ilk ailəniz ananıza görə dağılıb?
- Bəli, gəlib dava salırdı. Daim mənim haqqımda oğluma tərbiyəsiz sözlər deyirdi ki, anan belədir, anan elədir. O, təkcə mənimlə yox, öz qohumları, qardaşlarıyla da belədir. Ona görə də həmişə tək qalıb, heç kəs ona yaxın düşməyib. Nənəm də həmişə deyirdi ki, həzər-həzər Safuradan, onunla işiniz olmasın, baş qoşmayın.
- Bəs indi harada yaşayırsınız?
- Kirayədə yaşayıram.
- Elə də böyük əməkhaqqınız yoxdur. Kirayədə yaşamaq çətin deyil?
- Dublyajdan qazanıram, birtəhər vəziyyətdən çıxmağa çalışıram. Bir aktrisayla eyni evdə kirayədə qalırıq. Kirayə haqqıını ikimiz ödəyirik.
- O aktrisa da sizinlə eyni teatrda işləyir?
- Onun adının hallanmağını istəmirəm.
- Bir dəfə demişdiniz ki, ananız sizi əxlaqsızlıqda ittiham edir...
- Dəfələrlə mağazaya girib görmüşəm ki, camaatı başına yığıb, mənim haqqımda ağzına gələni danışır.
- Nə danışırdı?
- (gülür) Heç nə. Mən əxlaqsızam da. O, belə deyir.
- İnsanların sizi qınayacağından narahat deyilsiniz ki?
- Qınayanların başına gəlsin.
- Yəni, vəziyyət bu qədər kirtikdir...
- Ay Allah... İstəmirəm bu barədə danışım. Ona görə işdə üstümə təcili yardım gəlib. Həkim mənə deyib ki, bacardığın qədər ondan uzaq ol. Evdən çıxmazdan iki gün əvvəl özümü yandırmaq istəyirdim.
- Evdən nə vaxt çıxmısınız?
- Bu ilin iyun ayından. Ondan əvvəl uşağımı götürüb çıxmışdım. Sonra zəng vurdu, gah yalvardı, gah şantaj elədi. Biz evə qayıdandan sonra eyni hərəkətlər davam etdi.
- Bəlkə, siz də onu incidirsiniz, xoşuna gəlməyən hərəkət edirsiniz?
- Nə bilim...
- Olub belə şeylər?
- Mən onun xoşuna gəlməyən nə edirəm ki? Siqaret çəkməyimə qarşı idi. Onu da atırdım ki, mənə danışmasın, əsəbləşməyim. Onun xasiyyəti elədir ki, məni nəyisə etməyə məcbur edirdi.
- Sizi nəyə məcbur edirdi?
- Deyirdi ki, mənə filan qədər pul verməlisən. Gedib bankdan götürüb verirdim.
- Bu, o qədər də real görünən məsələ deyil. Axı 83 yaşında adam o qədər pulu neynəyir?
- Onun 83 yox, 88 yaşı var. Onun xoşu gəlir ki, pul paylasın. Əvvəllər də ona hər ay 40 "şirvan” (indiki pulla 80 manat – İ.V.) pul verirdim.
- O pulu nəyə xərcləyir?
- Xoşu gəlir camaata pul versin, desinlər ki, bundan yoxdur.
- Onda xeyirxah insandır da...
-(gülür) Amma öz hesabına yox da. İndi də deyir ki, mən öləcəm, ev buna qalacaq? Deyir, qoymaram ev sənə qalsın.
- Ev onun adınadır?
- Yox, mənim adımadır.
- Ananız evdə qeydiyyatdadır?
- Bəli.
- İndi nə etmək fikriniz var?
- Hələ heç nə bilmrəm. Yayda ANS-də "Adam içində” verilişinə çıxdı. Ora çıxmazdan əvvəl dedim ki, bütün sənədləri sənə verirəm. Amma yazılı qaydada söz ver ki, mənə heç bir ittiham irəli sürməyəcəksən. Mən tənha adamam, sabah qocalar evində də ölsəm, vecimə deyil. Onsuz da heç kəsim yoxdur. Bunu ona demişdim. Bir də gördüm ki, efirə çıxıb. Orada onun cavabını yaxşı verdilər. Azərbaycanın bütün sənət adamları mənim tərəfimi saxladılar, müdafiə etdilər.
- Bu məsələdən sonra teatrda sizə qarşı münasibət necədir?
- Teatrda məni çox gözəl tanıyırlar, yaxşı münasibət var. Həmişə direktorumuz Mübariz Həmidov da, aktyorlarımız da mənə dayaq olublar.
- İndi ananız nə yeyir, nə içir?
- Özünün elə mənim məvacibim qədər təqaüdü var.
- Yəni?
- Təxminən 180 manat. Bütün kommunal xərcləri mən ödəyirəm. Efirdə də dedim ki, istəyirsən, məhkəmə qaydasında evi sataq.
- Niyə məhz məhkəmə qaydasında?
- Çünki o məni məcbur etdirib evi satdıracaq və pulu da özü götürəcək. Evi satıb pulu ona versəm, dırnaqarası xeyriyyəçidir axı. Götürüb pulu ona-buna paylayacaq, sonra qalacaq küçədə. Qohumlardan da onu heç kəs qəbul etmək istəmir. Mənim də evim olmayacaq və bundan sonra onu saxlayan deyiləm. Yenə başlayacaq şikayət etməyə ki, qızım evi satdı, mənə pul vermədi. Onun şər atmağı normal bir şeydir.
- Nəsibə xanım, o, sizin doğma ananızdır?
- Doğma anamdır, amma məni saxlamayıb. Doğub, anasına verib.
- Neçə yaşınıza qədər?
- 17 yaşıma qədər nənəmlə yaşamışam. Sonra bir neçə il orada yaşayıb, anamın əlindən tez qaçıb ərə getdim.
- Ananızın atanızla da münasibətləri belə olub?
- Atamla rəsmi nikahı da olmayıb. Mən onun bətnində yeddiaylıq olanda gəlib atasının evinə.
- Bəs atanızla münasibətləriniz var idi?
- Yox, atamı heç yaxın buraxmırdı.
- Özü sonradan ailə qurmayıb?
- Yox, özü çox ailə qurub. Amma qeyri-rəsmi.
- İndi nə etmək istəyirsiniz?
- Heç nə. Belə də yaşayacağam.
- Son altı ayda evə getmisiniz?
- Yox.
- Ev hansı tərəfdədir?
- Bayılda. Siz o adamı tanımırsınız e. Bütün qohumlarımızı bezdirib. Mənim dayım qızının zobu var. O qədər ona zəng edir ki, halı pisləşib. Dayım arvadı anama deyib ki, zəng etmə, mənim şəkərim qalxır. Onu heç kim yaxına buraxmır. Hamının əsəbləriylə oynayır bu adam. Bu evi satdırıb qalacaq küçədə. Axı mən evi niyə satmalıyam?
- Satıb pulun bir qismini ona vermək istəmirsiniz?
- Ona nə qədər düşürsə, götürsün.
- Həmin mənzilin qiyməti nə qədər olar?
- Həyət evidir də, uzağı 30-40 min manat qiyməti var. O pulla özünə nə ev alacaq? Məqsədi odur ki, ev təki mənə qalmasın.
-Əgər pis insandırsa, niyə başqalarına siz demişkən, pul paylayır, yaxşılıq edir? Deməli, ortada nəsə başqa səbəb var da.
- Onun xasiyyətidir. Məndən alıb ona-buna pul verirdi.





Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Konkret proqram, müddət, görülməli və görüləcək iş var" - Mətbuat katibi Dövlət Proqramına qısa şərh verdi
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir