Azərbaycan dəhşət: ana körpə oğlunu öldürüb - YENİLƏNİB

img

25-12-2014 [15:37]


Lənkəranda 2 yaşlı uşağın anası tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, hadisə Sevinc Babayevanın kirayə tutduğu evdə baş verib.

belə ki, dekabrın 24-ü axşam saatlarında polis evdə 2 yaşlı Məhəmməd Babayevin meyitini tapır. Uşağın 24 yaşlı anası polisə M.Babayevin qidalanma zamanı boğulduğunu desə də, Lənkəran rayon Prokurorluğunun ilkin istintaqı nəticəsində qadının yalan dediyi məlum olub. Belə ki, uşağın meyitində zorakılıq əlamətləri aşkarlanıb və körpənin boğularaq öldürüldüyü aşkarlanıb. M.Babayevin meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib. Qətlin necə törədildiyi barəsində daha dəqiq məlumatın 2 həftə sonra ekspertizanın rəyinə əsasən bilinəcək.

Oğlunun ölümündə şübhəli bilinən ana polis tərəfindən saxlanılıb. Məlum olub ki, hadisə zamanı S.Babayeva evdə tək olmayıb. Hazırda polis qadının yanında olan kişinin cinayətdə əlinin olub-olmadığını aydınlaşdırır.

*****

14:06

Lənkəran rayonunda uşaq ölümü faktı baş verib.

APA-nln cənub bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb.

Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb.

Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.

S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA