Həbsdəki teleaparıcının cəzası 7 ildən 3 ilə endirildi

img

25-12-2014 [17:36]


Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Azər İsrafilovun apelyasiya şikayəti üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rizvan Səfərov sədrlik edib. Prosesdə Azər İsrafilovun cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti qismən təmin edilib. Məhkəmənin qərarı ilə Azər İsrafilovun cəzası 3 ilə endirilib.  

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan A.İsrafilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan teleaparıcı məhkəmə zalından həbs edilmişdi.

Azər İsrafilov bir sıra telekanallarda kriminal xəbərlər müxbiri işləyib. O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib. O ötən ilin iyun ayında İTV-dən ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA