Xidmətdən öldürülən məhbusla bağlı açıqlama

img

25-12-2014 [12:21]


"14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib.

Y. İsakov bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib: "Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”.

Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elşad Babayev dekabrın 22-də müəssisədə dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA