DİN soyuducuda basdırılan kişi ilə bağlı məlumat yaydı

img

18-12-2014 [14:43]


Daxili İşlər Nazirliyi Bakıda adamın öldürüb soyuducuda basdırılması ilə bağlı məlumat yayıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, itkin düşmüş Masallı rayon sakini Əli Seyidovun meyiti tapılıb. Dekabrın 16-da Sabunçu rayonunun Ramana qəsəbəsi Südçülük sovxozu adlanan ərazidə Bakı şəhər sakini Arif Məmmədova məxsus həyətdə dekabrın 13-dən itkin düşmüş Masallı rayon sakini Əli Seyidovun əl və ayaqları yapışqanlı lentlə bağlı, başına sellofan keçirilmiş, boyunu sınmış və sifət nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti soyuducunun içərisində torpağa basdırılmış vəziyyətdə aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Lənkəran şəhər sakini Hafiz Səmədov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA