Zeynəb Xanlarova Azərbaycandan getdi

img

24-12-2014 [12:59]


Xalq artisti, millət vəkili Zeynəb Xanlarova yenidən Azərbaycanı tərk edib. Yaxınları onun hansı ölkəyə getdiyini bilmirlər.

Bu barədə AzVision.az-a millət vəkilinin köməkçisi məlumat verib. Mətbuatda adının çəkilməsini istəməyən xanım bildirib ki, Zeynəb Xanlarova dekabrın 28-də ad gününü qeyd edəcək.

"Zeynəb xanım artıq bir neçə gündür ki, xaricə səfər edib. Yaxın aylarda Zeynəb xanımın xarici ölkələrdə konsertləri olacaq. Zeynəb xanımın dekabrın 28-də doğum günüdür. O, doğum gününü həmişə xarici ölkədə qeyd etməyi sevir. Yəqin buna görə də xaricə gedib. Səhhətində heç bir problem yoxdur. Yəqin ki, yeni ili də xarici ölkədə qeyd edəcək. Amma onun hansı ölkəyə getməsi barəsində bizdə heç bir məlumat yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA