Azərbaycanda dəhşətli ailə dramı: arvadı, qayınanası və özünü vurdu

img

23-12-2014 [21:43]


Lerik rayonunda ağır-qətl hadisəsi baş verib. 

Mia.az Anspress-ə istinadən xəbər verir ki, Lerikdə doğulan, hazırda Sumqayıtda yaşayan 33 yaşlı Sürətov Cəmaləddin Cəbrayıl oğlu 25 yaşlı həyat yoldaşı Məhsəti Bağır qızı Sürətovanı və qaynanası, 54 yaşlı Əliyeva Leyla Rəcəb qızını ov tüfəngindən açdığı atəşlə öldürüb. Onlar hadisə yerindəcə keçinib.

Həyat yoldaşı və qaynasını öldürən Cəmaləddin Sürətov bundan sonra atasının doğulduğu Peyzəküçə kəndinə gedərək evlərində həmin ov tüfəngi ilə özünə atəş açıb. O, hadisə yerindəcə keçinib. 

Hadisənin ailə-məişət zəminində baş verdiyi bildirilir. Belə ki, Məhsəti Sürətovanın bir neçə gün əvvəl əri ilə dalaşdığı, ata evinə getdiyi deyilir. Cəmaləddin Sürətov onların evinə gələrək həyat yoldaşını evinə qaytarmaq istəməsi ehtimal olunur ki, bu zaman da onlar arasında mübahisə yaranıb. Və sonluq belə bir faciə ilə nəticələnib.

Cütlüyün iki azyaşlı uşağının da olduğu yayılan məlumatlar sırasındadır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA