"Kişi kimi söz verirəm” - Sərxoş sürücü (VİDEO)

img

24-12-2014 [17:23]


Qusar küçələrində sərxoş halda avtoşluq edərək yol polislərinin qanuni tələblərini pozan Quba sakini saxlanılıb. 

25 yaşlı Amil Zeynalov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə "at oynatma”sı ona baha başa gəlib. 

Saxlanılan şəxs bildirib ki, əməlindən peşmandır: "Bundan sonra içkili sürmərəm. Spirtli içki də qəbul etməyəcəyəm. Kişi kimi söz verirəm”.

Amil Zeynalov bundan sonra uzun müddət idarə edə bilməyəcək. Çünki Qusar rayon Məhkəməsinin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə əlindən alınıb. Üstəlik İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə 20 sutka müddətinə də azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qusar rayon polis şöbəsinin araşdırmalarına görə, baş verən qəzaların 42 faizi məhz yüksək sürət və maşını sərxoş halda idəraetmə səbəbindən olur(Anspress.com).





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA