Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub

img

22-12-2014 [14:50]


Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də "Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.

Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi M.Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA