Narkotik daşıyan ana və qızı saxlanıldı

img

17-12-2014 [13:29]


Azərbaycan gömrükçüləri daxili orqanlarında, ümumilikdə 400 qramdan artıq narkotik vasitəni ölkə sərhəddindən keçirmək istəyən daha 2 qadını saxlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” Gömrük Postunda aşkar edilib.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşları Şahsuvarova Fəridə Məmməd qızı və Şahsuvarova Səyyarə Elxan qızı saxlanılaraq onların üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Şahsuvarova Səyyarə Elxan qızından gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram narkotik vasitə-heroin və xalis çəkisi 3,971 qram psixotrop maddə-metamfetamin, Şahsuvarova Fəridə Məmməd qızından isə ümumi xalis çəkisi 251,688 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı təəssüfdoğurucu hal isə ondan ibarətdir ki, Şahsuvarova Fəridə Məmməd qızı Şahsuvarova Səyyarə Elxan qızının anasıdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son dövrdə Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitələri keçirmək istəyən narkokuryerlər arasında qadınlara tez tez rast gəlinir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA