Sabirabadda dəhşət: ailənin 5 üzvü yanaraq ölüb

img

16-12-2014 [10:11]


Sabirabadda ev yanıb, 5 nəfər yanaraq həlak olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA