İŞİD-lə bağlı daha bir şok

img

16-12-2014 [21:49]


İŞİD terror təşkilatının hərbi düşərgələrində olan uşaqlardan ən kiçiyinin 5 yaşı var.

ANS PRESS-in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında BMT baş katibinin müavini Valeri Amos deyib. Onun sözlərinə görə, İŞİD terror qruplaşması özünün hərbi düşərgələrində uşaqlarla məşq edərək onları terrorçu kimi hazırlayır. Uşaqlar təlimləri Suriyanın Raqqa şəhərində keçirlər. 

O, həmçinin qeyd edib ki, humanitar yardıma ehtiyacı olan uşaqların sayı 5,6 milyona çatıb. Halbuki 2014-cü ilin fevral ayında bu rəqəm 4 milyon olub.

"Bundan başqa, uşaqlar öldürülür, işgəncələrə, cinsi zorakılığa məruz qalırlar. Təəssüf ki, qəddarlıq, zorakılıq və insan həyatına qarşı laqeydlik 2011-ci ilin martından başlayan münaqişənin əsas xarakterik cəhətləri olub", - deyə Valeri Amos əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA