“Xahiş edirəm sərhəddi bağlayın" - Poroşenko

img

11-12-2014 [09:52]


Ukrayna prezidenti Petro Poroşenko yenidən ölkənin cənub-şərqində baş verən qarşıdurmada Rusiyanı ittiham edib. 

Avstraliya baş naziri Toni Ebbotla birgə mətbuat konfransı zamanı Poroşenko "Xahiş edirəm atəşi dayandırın, xahiş edirəm girovları azad edin, xahiş edirəm mənim ərazimdən ordunu çıxarın”- dedi. 

Bundan əlavə Poroşenko Rusiyadan sərhədləri bağlamağı da xahiş edib: "Xahiş edirəm sərhəddi bağlayın. Mən söz verirəm, siz sərhədləri bağlasanız, bu, bir-iki həftə ərzində Ukraynaya stabillik və sülh gətirəcək”.

Lakin iki lider təkcə sülhdən söhbət etməyiblər. Prezidentin saytında qeyd edilib ki, Avstraliya baş-naziri Ukrayna ordusuna 2 milyonluq kömək edəcəyini söz verib. 

Poroşenko öz növbəsində Beynəlxalq Valyuta Fondu vasitəsilə Avstraliyanın 100 milyonluq maliyyə yardımı və orduya verilən dəstəyə görə Avstraliyalı nazirə minnətdarlığını bildirib(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA