Bakı metrosunda faciə: ölən var

img

11-12-2014 [11:52]


Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında ölüm hadisəsi olub. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən 4 saylı təcili tibbi yardım briqadasına stansiyada 55-60 yaşlı qadının halının kəskin pisləşməsi ilə bağlı müraciət daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. İlkin müayinədən sonra qadının vəfat etdiyi məlum olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, dünyasını dəyişən qadın Bakı Metropolitenini əməkdaşıdır.

Qadının ölüm səbəbi hələlik tam dəqiqləşməyib. Faktla bağlı araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA