Bakıda 10 sərxoş qadın sürücü saxlanılıb

img

09-12-2014 [11:04]


Bakı şəhər Dövlət Yol polisi idarəsinin son reydləri zamanı, paytaxtda 10 sərxoş qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.

Bakı şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xanım sürücülər arasında sürət həddini aşanların da oldüğunu bildirib. Amma buna baxmayaraq yenə də üstünlüyü sərxoş qadınlar ələ alıb.

BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədov ANS TV-yə bildirib ki, sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib.

Qaydalara riayət etməyən, kobud şəkildə pozan, həm də sükan arxasında əyləşən yeniyetmə və gənclərdir. Təkcə ilin əvvəlindən bu günə kimi sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib. Heç şübhəsiz bu cür sürücülər tərəfindən törədilən qəzalar ölümsüz ötüşməyib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sərxoş sürücülərə qarşı reydlərin mütəmadi aparılacağını bildirib.

Avtomobili sərxoş şəkildə idarə edən şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə olunurlar. Əgər bu hal dəfələrlə təkrarlanarsa həmin sürücünün sürücülük hüququ məhdudlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA