Səbail sakini prezidentdən kömək istəyir

img

11-12-2014 [08:45]


Mia.az-ın poçtuna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevaya, 
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova Bakı şəhəri Səbail rayonu Aqil Quliyev küçəsi ev 15, mənzil 56-da yaşayan Orucov Oruc Bəhrəm oğlu tərəfindən  ünvanlanmış şikayət məktubu daxil olub.

O, 2014-cü ilin aprel ayında Daxili İşlər Naziri cənab Ramil Usubova həyatıma ciddi təhlükə olması barədə şikayət edərək, Bakı Baş Polis İdarəsinin baş müstəntiqi Rüstəm Bayramovun, Səbail RPİ 8-ci PB-in baş təhqiqatçısı Hüseyn Nağıyevin və sahə inspektoru Nəsir Vəliyevin qanunsuzluqlarını ifşa etdiyini iddia edərk, yazır ki, bundan sonra özü böhtanla üzləşib: "Mənə Səbail prokurorluğunda saxta ittihamlarla cinayət işi açdırıb, təzyiq və təqib edirlər. Bu şərlənmə planı barədə DİN-ə məlumat verdim. Cənab Ramil Usubovun tapşırığı ilə BŞBPİ-nin o zamankı rəisi, general Rafiq Abbasov 03 apreldə Səbail RPİ-n rəisi İlqar Mahmudovun, 8-ci PB-n rəisi Yaşar Həsənovun və digər yüksək rütbəli şəxslərin iştirakları ilə məni qəbul etdi və mənim və ailəmin təhlükəsizliyinin təmin ediləsi üçün tapşırıq verdi. Yenə də cənab Ramil Usubovun tapşırığı ilə DİN-n Daxili Təhqiqatlar İdarəsinin rəisi general Rasim Musayev məni 26 aprel tarixində qəbul edərək şikayətimin araşdırılmasına göstəriş verdi”. 

Şikayətçi necə şərləndiyi haqda məlumat verməsə də, Səbail Prokurorluğunda 3-cü dəfə barəmdə AR.CM-nin 128-ci maddəsi ilə cinayət işi açıldığını yazıb. Eyni zamanda o, dekabrın 4-də oğlunun Almaniya istehsallı, dəyəri 800-1000 AZN olan idman velosipedinin oğurlanması faktının da araşdırılmadığından şikayətlənib…


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA