Yəhudi liderin evinə basqın edənlər - FOTOLAR

img

09-12-2014 [14:13]


Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə edilən basqın edənlər saxlanılıb. 

ANS PRESS-in bölgə müxbiri evə basqın edənlərin eksklüziv olaraq görüntülərini təqdim edir.

Qeyd edək ki, dekabrın 6-da saat 06 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib. Mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin "isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər 34 yaşlı Eldar Avadyayev, 39 yaşlı Bakı sakini Xalid Seyidov, 29 yaşlı Coşğun Əliyev və Türkanə Rəhimova polis əməkdaşları tərəfindən tutulublar.

Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

ANS PRESS-in bölgə müxbirinə verdiyi açıqlamada Eldar Avadyayev bildirib ki, etdiyi əmələ görə peşman deyil.

Türkanə Rəhimova isə bildirib ki, ilk əvvəl oğurluğa getmələrindən xəbərsiz olub. Maşında yatıbmış. Sonradan hadisə barədə xəbərdar olub. Lakin polisə xəbər barədə məlumat vermək istəməyib. Çünki Xalid Seyidovla yaxınlıqları olub.

"Xalid Seyidov mənim 7 illik tanışımdır. Adam 7 illik tanışını satarmı?", - deyə Türkanə Rəhimova bildirib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.


















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA