Bakıda gənclər arasında kütləvi dava: 1 yaralı

img

16-12-2014 [15:40]


Bakının Nərimanov rayonunda gənclər arasında yaranan kütləvi dava zamanı 17 yaşlı oğlanı bıçaqlamaqda təqsirli bilinən şəxs həbs edilib. Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, qanlı olay hadisə dekabrın 2-də, Nərimanov parkında qeydə alınıb. Naməlum şəxslər Cəlilin onlara birtəhər baxmasını bəhanə edərək onu söhbətə çağırıblar. Parkdan bir qədər aralı Əhməd Rəcəbli, 4 ünvanına çatanda onlardan biri cibindən bıçaq çıxararaq qəfildən Cəlil Mahmudova zərbələr endirməyə başlayıb. Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar. Cəlil Mahmudov ətrafdakı insanlar tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Bıçaqlanma olayının səbəbkarı İqbal Məmmədov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə Nərimanov rayonu Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA