Etibar Pirverdiyev 3 idarə rəisini çıxardı, tələbə yoldaşına vəzifə verdi - ÖZƏL

img

08-12-2014 [11:27]


«Azərenerji»nin rəhbəri Etibar Pirverdiyev rəhbərlik etdiyi sahədə ciddi «təlatüm» yaradan islahat aparıb.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, Etibar Pirverdiyevin "Azəreneri"nin layihələrini həyata keçirən və dolayısı ilə özünə bağlı olan "Azenco" ASC-dəki yeni struktur islahatı rəhbərlik etdiyi qurumda da normal qarşılanmayıb. Belə ki, yeni təyinatla Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsinin rəisi vəzifəsində işləyən tələbə yoldaşı Əbülfət Kamilov ölkənin energetika sahəsində ciddi fiqura çevirilib: 

«Etibar Pirverdiyev Mehman Şamilovun rəisi olduğu Elektrik Avadanlıqlarının Quraşdırılması, Təmiri və Sazlanması İdarəsini, Etibar Əhmədovun rəisi olduğu Yüksək Gərginlikli Elektrik Verilişi Xətlərinin Quraşdırılması İdarəsini, gürcü əsilli Ronaldın rəisi olduğu və «Azərenerji»ini dövlət əhəmiyyətli layihələrin icra edilməsi idarəsini, həmçinin tələbə yoldaşı Əbülfət Kamilovun rəisi olduğu Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsini bir əmrlə ləğv etdi. Ən maraqlı proses isə bundan sonra başladı. 

Etibar Pirverdiyev peşəkarları bir tərəfə qoyub, ləğv edilən idarələrin bazasında yaratdığı yeni quruma – Elektrotexniki Avadanlıqların Quraşdırılması İdarəsinə tələbə yoldaşı Əbülfət Kamilovu rəis təyin etdi. Hansı ki, Əbülfət Kamilov Rusiyada təhsil almış peşəkar energetik Mehman Şamilovun, Etibar Əhmədovun və Ronaldla müqayisə edilməyəcək qədər qeyri-peşəkardır. 

Onun yeganə üstünlüyü özünün Etibar Pirverdiyevlə tələbə yoldaşı, həyat yoldaşlarının isə rəfiqə olmasıdır”.

Mia.az-a verilən məlumatda o da bildirilir ki, E.Pirverdiyevin son addımlarından sonra «Azərenerji»də onun köməkçisi Məhərrəm, tələbə yoldaşları Əbülfət Kamilovla «Sumqayıtelektrikşəbəkə» ASC-nin rəisi Saleh Məmmədov xüsusi statusa da saihbləniblər. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq