Hər kitab bir tarixdir - Mirnəsiyət Mürsəlovun "Ağ xalatlı xilaskar" adlı kitabının təqdimatı olub

img

02-05-2025 [12:31]


Bu günlərdə Biləsuvar rayon Mərkəzi Kitabxanasında şair-publisist Mirnəsiyət Mürsəlovun «Ağ xalatlı xilaskar» adlı kitabının təqdimatı oldu.

Əvvəlcə şair Əli Aşiq Azərbaycan Yazıçılar Birliyinin və Birliyin Aran bölməsinin bölgədə yaşayıb-yaradan qələm adamlarının yaradıcılığına olan həssas münasibətindən ətraflı bəhs etdi.

Eyni zamanda, Mirnəsiyət Mürsəlovun təqdim edilən kitabının məziyyətləri barədə geniş məlumat verdi.

Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Ədalət Salman, Firidun Həsənağa, Mətanət Polad, Əhməd Qala, Bilal Alarlı, Səbinə Xasiyeva, ARB TV-nin əməkdaşı Samir Qurbanov, «Region-Press» qəzetinin baş redaktoru Surxay Şahbazov və başqaları sözügedən kitabla bağlı təəssüratlarını bölüşdülər.

Sonda Mirnəsiyət Mürsəlov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi,  yaradıcılıq planlarından danışdı və yeni şeirlərini oxudu.

Aynur Hətəmova

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq