Tovuz sakini Xocalıda yaralandı - Qumbara partlayıb

img

02-05-2025 [17:49]


Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq