"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)

img

28-02-2026 [16:30]


Premyer liqada 22-ci turun növbəti oyunu hazırda Şamaxıda keçirilir.

Mia.az xəbər verir ki, "Şamaxı" "Neftçi"ni qəbul edir. 

Oyunun birinci hissəsində hesab açılmayıb.

63-cü dəqiqədə Vensan Abubakarın qolu ilə 'Neftçi" hesabda önə çıxıb.

Lakin "Şamaxı" çox keçmədən hesaba tarazlıq gətirib - 1:1

"Neftçl" 90-cı dəqiqədə hesabda irəli çıxıb - 1:2 

90+4-cü dəqiqədə isə "Şamaxı" penalti ilə hesaba tarazlıq gətirib - 2:2.

90+4 dəqiqədə "Neftçi"nin qapısına təyin edilən penaltıdən sonra Bakı təmsilçisinin düşərgəsi AFFA nümayəndəsi Elgiz Abbasova etiraz edib. "Neftçi"nin baş məşqçisi Yuri Vernidub da AFFA nümayəndəsinə yaxınlaşaraq penaltini mübahisə edib.

Dumanda görüntülərin qeyri-dəqiq olduğu iddia edilsə də, yarışın baş hakimi Kamranbəy Rəhimov qərarını dəyişdirməyib. 

Oyun bu hesabla başa çatıb.

***

Qeyd edək ki, oyun hər iki komanda üçün prinsipial əhəmiyyət daşıyır. Turnir cədvəlində 6-cı olan "Şamaxı" ilə 7-ci yerdə qərarlaşan "Neftçi"nin arasında cəmi 1 xal fərqi var. 

"Neftçi" yeni baş məşqçisi Yuri Vernidubla hələ ki, uduzmayıb. Amma birinci hissədə 77 nömrəli Falaye Sakonun zədələnərək meydanı erkən tərk etməsi Vernidubun planlarını poza bilər. Onun yerinə meydana daxil olan 70 nömrəli Andrey Ştoqrin ilkin texniki və taktiki planına uyğun olmaya bilər.

F.Sakonun meydanı tərk etmə anlarını sizə aşağıdakı videogörüntüylə təqdim edirik.

Zülfiyyə Mustafayeva 
Mia.az 

Bakı-Şamaxı-Bakı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA