Bu gün sizləri nə gözləyir? - Bürclər

img

04-12-2014 [09:48]


QOÇ - Ulduzların düzümü bu tarixdə xeyli işləyəcəyinizdən xəbər verir. Lakin buna görə usanmağınız əbəsdir. Çünki əziyyətinizin bəhrəsini mütləq görəcəksiniz. Həvəsiniz olsa, axşam qonaq gedin.

BUĞA - Əgər işləyirsinizsə, müəyyən mübahisələrlə rastlaşma ehtimalınız var. Bunu nəzərə alıb rəhbərliklə, eləcə də həmkarlarınızla mübahisələrdən yayının. Sərt mövqe nümayiş etdirməkdənsə, təmkinli olun.

ƏKİZLƏR - Göy qübbəsi bu təqvimi bütünlüklə sevgiyə həsr etməyinizi məsləhət görür. Yersiz qısqanclığa yol verməyin. Səmimi olun ki, rəğbət qazanasınız. Nahar ərəfəsində sürprizlər mümkündür.

XƏRÇƏNG - Dekabrın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər şəxsi büdcənizdə, istərsə də fəaliyyət zəminində uğurlarınız artacaq. Təşəbbüskarlığı mümkün qədər əldə saxlayın.

ŞİR - Kənar məsləhətlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, ciddi qərarları yalnız ürəyinizin səsinə uyğun verəsiniz. Ümidsizlikdən uzaq olun.

QIZ - Sevgi münasibətlərini tənzimləmək üçün aktivliyinizi artırın. Daxili narahatçılığınızı aradan qaldırmaq istəyirsinizsə, qarşı tərəfə güzəştə gedin. Uzaq yola çıxmağa dəyər.

TƏRƏZİ - Yaxşı olar ki, bu gün fəaliyyətə bir qədər ara verəsiniz. Vaxtınızı daha çox əyləncə və səyahətlərə sərf edin. Axşama yaxın səhhətinizin qayğısına qalın. Ailə üzvlərinizlə mehriban davranın.
 
ƏQRƏB - Perspektivli görüşlərdə iştirak etmək üçün ulduzlar sizə yardımçı olacaqlar. Aldığınız təkliflər gələcək həyatınızda təkan rolunu oynayacaq. Odur ki, aktivliyinizi artırmalısınız.

OXATAN - Təzə xəbərlər yolunuzu gözləyir. Bu, daha çox yeni iş təklifləri və ya fəaliyyətdə sıçrayışlarla bağlı gözləntilərdir. Günün ikinci yarısında ürəyinizcə olan hadisələrlə rastlaşacaqsınız.

OĞLAQ - Əsəblərinizi gərginləşdirə bilən olaylara həvəs göstərməyin. Bütün umu-küsüləri bir tərəfə atıb reallığa uyğun hərəkət edin. Əsasən də ailə-sevgi münasibətlərinə diqqət ayırın.

SUTÖKƏN - Daxili sıxıntılarınızın artdığı bir ərəfədə mübahisəli situasiyalara meyl etməyin. Ümumiyyətlə, bu gün vaxtınızın çox hissəsini mənzil şəraitində keçirməyiniz məsləhətdir.

BALIQLAR - Ətrafınızda olan insanlarla mehriban ünsiyyət yaradın ki, çətinə-dara düşəndə dəstək almağa yeriniz olsun. İşlə bağlı atacağınız addımları dəfələrlə götür-qoy edin. Daha səmimi olun.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA