79 yaşlı qadınla 74 yaşlı kişi asılmış vəziyyətdə tapıldı

img

01-12-2014 [10:30]


Şəkidə bir gündə iki nəfər intihar edib. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisələr Orta Zəyzid, digəri isə Qoxmuq kəndində qeydə alınıb. 

Orta Zəyziddə 79 yaşlı Minayə Lətif qızı Mahmudova özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Rayonun Qoxmuq kənd sakini, 74 yaşlı Rəhman Davud oğlu Rəsulov isə yaşadığı evin tavanından özünü asıb. 

Ahıl qadın və kişinin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Hər iki faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA