Azərbaycanlı “qanuni oğru” Ded Xasanın qətli ilə əlaqəsini etiraf etdi- Video

img

28-11-2014 [14:15]


Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru”, Rüfət Gəncəli kimi tanınan Ülfət Tağıyev avtoritet Aslan Usoyanın ölümündə şübhəli bilinir.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Rüfət Gəncəli Ded Xasanın qatilinin qaçış planını hazırladığını etiraf edib. Lyublin bazarının həmtəsisçisi Elxam Əliyev və kommersant İlham Əliyevin qətlində şübhəli bilinərək saxlanılan avtoritet dindirilərkən gözlənilmədən Usoyanın qətli ilə bağlı da məlumata sahib olduğu məlum olub.

Dindirilmə zamanı R.Gəncəli ötən il qətlə yetirilən Ded Xasanın qətl prosesində iştirak etdiyini və sui-qəsddə killerin məsləhətçisi və kuratoru olduğunu etiraf edib. Lakin qətlin təşkilatçısı və sifarişçisi olduğunu təkzib edib.

Qeyd edilir ki, Tağıyev uzun illər digər azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin "ştatlı” killeri kimi çalışıb.

Şə


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA