Azərbaycanda şok hadisə - Söyüş söyənin dilini kəsdilər

img

29-11-2014 [13:37]


Noyabrın 28-də axşam saatlarında Lənkəran şəhərində ağır bıçaqlanma hadisəsi baş verib.

Mia.az trend-ə istinadən xəbər verir ki, bu barədə CTV məlumat yayıb. Bıçaqlanan 40 yaşlı Eyvaz Paşayevi yaxınları qan içində tapıblar. Qohumlar ağır vəziyyətdə olan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Sol üzün kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası və ağır qanaxma diaqnozu ilə xəstəxanaya daxil olan E.Paşayev dərhal əməliyyat edilib və hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, lakin hələlik olayla bağlı heç kimin saxlanılmadığı, əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini bildiriblər.

CTV-nin məlumatına görə, hadisəyə səbəb zərərçəkənin söyüş söyməsi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA