İŞİD-ə qarşı 70 minlik əməliyyat hazırlanıb

img

26-11-2014 [11:44]



İyun ayında İraqın ikinci böyük şəhəri Mosulun İŞİD tərəfindən ələ keçirilməsi ilə başlayan ardıcıl məğlubiyyətlərin fonunda İraq ordusu ən böyük hücum əməliyyatını həyata keçirib. Bağdadın şimal bölgəsində həyata keçirilən geniş miqyaslı əməliyyatda İraq ordusu, şiə könüllü dəstələri və kürd peşmərgələrinin ümumi olaraq 70 min döyüşçüsü iştirak edib.
Geniş miqyaslı təmizləmə əməliyyatları nəticəsində Bağdadın şimalında yerləşən Cəlvələ və Sadiyə qəsəbələri İŞİD yaraqlılarından təmizlənib. "əl-Cəzirə” kanalının məlumatlarına görə, döyüşlərdə 79 İŞİD yaraqlısı, 10 peşmərgə, eləcə də İraq ordusu və şiə könüllülərdən 18 nəfər öldürülüb. Qeyd edək ki, ötən həftənin cümə günü İŞİD Ənbar əyalətinin Ramadi şəhərinə hücum edib. Buna cavab olaraq İraq hökumət qüvvələri İŞİD-ə qarşı geniş çaplı əməliyyat başladıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA