Bakıda partlayış: qadın yaralandı

img

28-11-2014 [13:07]


Bakıda yaşayış evində güclü partlayış olub. Mia.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 27-də saat 15 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Mavidə Əliyevanın evində qaz balonunun sızması nəticəsində ani partlayış baş verib. Nəticədə evin 6 kvm. sahəsi yanıb. Dağıntı olmasa da, ev sahibəsi M.Əliyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA