Ata oğluna telefon vermək istədi, amma...

img

27-11-2014 [12:01]


Həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən axtarış-baxış tədbirləri həyata keçirilib. Nəticədə məlum olub ki, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Balaməmməd Namiq oğlu Məmmədlinin yanına qısamüddətli görüşə gəlmiş atası ona telefon ötürmək istəyib. 

Bakı şəhər sakini Namiq Balaməmməd oğlu Məmmədlinin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun gödəkçəsinin cibindən 1 ədəd "Nokia C2” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA