Bu aktrisa qəzaya düşdü

img

27-11-2014 [10:36]


Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova qəzaya düşüb.

Mia.az  publika.az-a istinadən xəbər verir ki, aktrisanın idarə etdiyi avtomobil bir neçə dəqiqə öncə Gənclik metrosundan Tibb Universitetinə gedən istiqamətdə, Mirəli Qaşqay küçəsində vurulub. Mürvətova sayta bildirib ki, "Nissan Tida” markalı avtomobil qəfil onun idarə etdiyi "Hyundai” markalı maşının qarşısına çıxıb: "Qəfil qarşıma çıxdı. Yaxşı ki, maşını bir az kənara qaçırtdım, yoxsa daha pis nəticələnəcəkdi. Hazırda maşını evakuatorla servisə aparırıq, dəymiş ziyanı sığorta ödəyəcək”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA