İŞİD-in 20 döyüşçüsü öldürüldü

img

26-11-2014 [14:55]


İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının İraqın Kərkük şəhərindəki elektrik stansiyasına neft daşıyan boru xəttini partlatması nəticəsində güclü yanğın baş verib. Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri hadisə nəticəsində can itkisinin olmadığını bildirirlər. Digər tərəfdən Kərkükün 12 kilometr cənubundakı Məktəb Xalid və Telelverde bölgəsində könüllü kürd qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İŞİD-in 20 döyüşçüsünün öldürüldüyü açıqlanıb. Rəsmilər hücumlar zamanı İŞİD-ə məxsus zirehli texnikaların da məhv edildiyini qeyd edirlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA