Bakıda rəis müavinin maşını qəzaya düşdü

img

24-11-2014 [12:22]


Bakıda polis əməkdaşı xidməti maşında qəzaya uğrayıb. 

Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə noyabrın 22-dən 23-nə keçən gecə Sahil qəsəbəsində baş verib.

Polis bölməsinin rəisi Turab Paşayevin sürücüsü, polis baş serjantı, 1976-cı il təvəllüdlü Rüstəm Eldar oğlu Mürsəlov "KİA” markalı 90 AP 050 nömrə nişanlı avtomobillə qarşıdakı yük maşınına çırpılıb.

O, ağır yaralanıb. Xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə baş verən vaxt yağış yağırmış. Yol sürüşkən olduğu üçün sürücü maşını saxlaya bilməyib.

Qeyd edək ki, Rüstəm Mürsəlov bölməyə təzə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA