150 manatlıq cərimə ilə bağlı daha bir XƏBƏRDARLIQ

img

17-11-2014 [15:59]


DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarənin xəbərdarlığında deyilir: "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Bununla əlaqədar sürücülərin nəzərinə çatdırırıq ki, 15 noyabr tarixində qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Göstərilən tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqlardan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsinin tələbinə əsasən yüz əlli manat miqdarında cərimə olunacaqlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA