Ramil Usubovdan kadr dəyişikliyi, iki rayona polis rəisi göndərildi-TƏYİNAT

img

23-11-2014 [13:35]


Daxili İşlər naziri general-polkovnik Ramil Usubov 2 rayona yeni rəis təyin edib.

Nazirin əmri ilə Ağdaş Rayon Polis Şöbəsinin rəisi polkovnik Telman Nurməmməd oğlu Ağasıyev Quba rayonuna polis rəisi təyin edilib.

Nazirin digər əmri ilə Zərdabın polis rəisi polkovnik Elnur Şamil oğlu Həsənzadə isə Ağdaş rayonunun polis rəisi vəzifəsinə təyinat alıb(axar.az).

Xatırladaq ki, Seyfulla Əzimov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəis təyin edildikdən sonra Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsi vokant idi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA