Qobustan həbsxanasında aclıq aksiyası - Rəis müavini ədavət aparır?!

img

17-11-2014 [12:13]


Ömürlük həbs cəzasına məhkum olunmuş, hazırda Qobustan Qapalı həbsxanasında cəza çəkən siyasi məhbus Arif Kazımov artıq 10 günə yaxındır ki, aclıq aksiyası keçirir.

Aksiyanın səbəbi isə valideynləri ilə qanunla nəzərdə tutulmuş ilə görüşün verilməməsidir. Bu barədə musavat.com-a məhbusun anası Tükəzban Kazımova məlumat verib. Onu sözlərinə görə rəis müavini polkovnik-leytenant Aftandil Ağayev rəisin işdə olmadığından istifadə edərək köhnə ədavətini aparmaqda davam edib. "Oğlum həmişə deyir ki, köhnə rəisin vaxtında biz bu adama pul vermədiyimiz üçün bizə münasibəti normal deyil idi. İndi də həmin ədavətini aparır. İndi də oğlum bunlara etiraz olaraq aclıq aksiyası keçirir. Onsuz da səhhətində ciddi problemlər var. İndi isə daha da ağırlaşıb. Heç kim gəlib uşağımla maraqlanmır. Həkim tələb edir,  vermirlər. Mən bilmirəm kimə müraciət etməliyəm? Axı, burada insan talehindən söhbət gedir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də Arif Kazımovla bağlı heç bir açıqlama vermir” .

Məlumat üçün bildirək ki, Arif Kazımov Avropa Şurasının tanıdığı ilk siyasi məhbuslarındandır.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA